Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in baş katibi: “Türkiyə Qarabağ münaqişəsində əhəmiyyətli rol oynaya bilər”
03.11.11 02:25

«Türkiyə Qarabağ münaqişəsinin nizamlanması məsələsində əhəmiyyətli rol oynaya bilər». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri «Today's Zaman»a ATƏT-in baş katibi Lamberto Zannier bildirib. Onun sözlərinə görə, Türkiyənin rəsmi səviyyədə bu prosesə cəlb edilməsinə zərurət yoxdur. «Mən danışıqlar prosesində formal roldan danışmıram. Lakin münaqişə tərəflərinin qonşusu olan Türkiyə bu münaqişəyə cəlb edilib» - deyə baş katib vurğulayıb. Zannier istənilən münaqişənin dialoq yolu ilə həllinin vacibliyini deyib: «Mənim şəxsi fikrim budur ki, Türkiyə tərəflər arasında dialoqun inkişaf etdirilməsini yaratmalıdır. Mən demirəm ki, bizdə monopoliyadır, lakin niyə bu, ATƏT formatında olmamalıdır. Bu, təhlükəsizliklə məşğul olan regional təşkilatdır. Belə bir fikir səslənir ki, Qarabağ münaqişəsi digər formata keçirilməlidir. Lakin mən əminəm ki, bu, problemi həll etməyəcək. ATƏT əlindən gələni edir, lakin münaqişə tərəfləri də öz üzərilərinə məsuliyyət götürməli və münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirməlidirlər. Problemin həlli ilə bağlı mexnanizmlər çoxdur, lakin mahiyyət tərəflərin bunu həll etməyə hazır olmalarıdır. Siz atı su içməyə yaxın gətirə bilərsiniz, lakin onu bunu içməyə məcbur edə bilməzsiniz. Mahiyyət bundadır. Biz zəruri şərait yaradırıq. Təhlükəsizlik nöqteyi-nəzərindən problematik olan vəziyyətə nəzarət edirik. Növbəti addım problemin gərginləşməsinə yol verməməkdir. Əgər biz problemi həll edə bilmiriksə, onda əlmizdən gələn ən yaxşısı vəziyyətin pisləşməsinə yol verməməkdir».
URL / WWW
http://kelam.az/article/a-5117.html