Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ramil Usubov Rusiya Hesablama Palatasının sədrini qəbul edib
03.11.11 03:25

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, R.Usubov ölkədəki kriminogen vəziyyət haqqında qonağa məlumat verib, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan və Rusiya ilə Azərbaycanın Daxili İşlər Nazirlikləri arasındakı əlaqələrdən danışıb. Sergey Stepaşin də öz növbəsində ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirərək, Azərbaycanda son dəfə 5 il bundan əvvəl olduğunu, ötən müddət ərzində isə paytaxt Bakının tanınmaz dərəcədə müsbətə doğru dəyişildiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini dilə gətirib. Qeyd edək ki, görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin də iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-5115.html