Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası keçiriləcək
03.11.11 02:25

Noyabrın 3-ü və 4-ü tarixlərində Bakıda TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası keçiriləcək. TÜRKPA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Milli Məclisdə keçiriləcək iclasda “TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” müzakirəyə çıxarılacaq. Beynəlxalq Əlaqələr Komissiyasının sədri Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan iştirak edəcək komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq. Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərovun da komissiyanın iclasında iştirakı nəzərdə tutulur. İclasda TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə-hesabat sənədi və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi gözlənilir. Həmçinin Komissiyanın 2-ci iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək. Komissiyanın iclasında TÜRKPA Baş katibi Ramil Həsənovun çıxış etməsi və təşkilatın fəaliyyəti ilə bağlı komissiya üzvlərinə məlumat verməsi də planlaşdırılır. Həmin gün Milli Məclisinin sədri, TÜRKPA Assambleya Şurasının üzvü Oqtay Əsədovun qonaqları qəbul etməsi də nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-5114.html