Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda birinci Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir
01.11.11 18:42

Bu gün Bakıda birinci Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, bu festival Azərbaycan teatr tarixində ilk dəfədir baş tutur. “Azərbaycan teatr tarixində yenilik olan bu festival çərçivəsində 22 tamaşa göstəriləcək. Festivalda iştirak etmək üçün Azərbaycana dünyanın 16 ölkəsindən nümayəndə gəlib”,-deyə o əlavə edib. Nazir müavininin sözlərinə əsasən, festival çərçivəsində Azərbaycan teatrları dünyanın müxtəlif teatr assosiasiyalarına üzv olacaq. Beynəlxalq Kukla Teatrları Assosiasiyası- UNİMA-nın vitse-prezidenti Donislav Dubrava 75 ölkəni əhatə edən UNİMA-nın Azərbaycan teatrları ilə də əməkdaşlıq etməyi yüksək qiymətləndirib. TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı gələcəkdə kukla teatrları birliyinin yaradılması ilə bağlı Azərbaycan tərəfindən təklif irəli sürüləcəyini bildirib. Festivalın rəsmi açılışı isə Dövlət Kukla Teatrının qarşısında keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Qeyd edək ki, “Azərbaycan Teatrları 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilən festival Mədəniyyət və Turizm Nazirliyi, UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutub. Festival noyabrın 6-sı öz işinə yekun vuracaq.
URL / WWW
http://kelam.az/article/a-5111.html