Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rusiya Elmlər Akademiyası İqtisadi Strateji İnstitutunun Baş direktoru Strateji Araşdırmalar Mərkəzində olub
24.12.09 23:46

Bu gün Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strateji İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub. KƏLAMİNFO xəbər verir ki, A.Ageyev tədbirdə “Qlobal enerji təhlükəsizliyi və nativ enerji mənbələri” mövzusunda məruzə ilə çıxış edib. Bazarın müxtəlif seqmentlərinin qəbul edilən siyasi qərarlardan asılı olduğunu deyən A.Ageyev mövcud iqtisadi böhranın daha çox orta təbəqəyə zərbə vurduğunu bildirib. Rusiya Elmlər Akademiyasının rəsmisi korporativ, regional və dövlət səviyyəsində strateji idarəetmə, proqnozlaşdırma, innovasiya strategiyaları, menecment və investisiyaların beynəlxalq standartları sahələri üzrə tədbir iştirakçılarına məlumat verib. Mərkəzin konfrans zalında təşkil edilən tədbirdə SAM-ın əməkdaşları, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-511.html