Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Çingiz İsmayılov: “Azərbaycanda çay və ada turizmi inkişaf etdirilməlidir”
02.11.11 02:42

Azərbaycanda turizmin qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilə bilməsi üçün böyük potensial mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanda Regional Turizm Mərkəzinin direktoru Çingiz İsmayılov Azərbaycanda ənənəvi turizmin inkişafı ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, hazırda kifayət qədər iri turizm layihələri reallaşdırılır: “Məsələn, “Şahdağ” qış turizm kompleksinə 2 milyard manat ayrılıb. Bu, olduqca böyük məbləğdir və turizm layihəsinə bu qədər vəsait heç vaxt ayrılmayıb. Yəni işlər görülür, amma çatışmazlıqlar da var. Azərbaycan ənənəvi turizmin inkişafı üçün zəngin potensiala malikdir, amma əsas məsələ bu potensialdan necə istifadə etməyimizdir”. Ç.İsmayılovun sözlərinə görə, ölkədə çay turizminin inkişafı üçün böyük imkanlar var: “Kür çayının Azərbaycan ərazisində 400-500 kilometri çay turizmi üçün yararlıdır. Ancaq bundan istifadə olunmur. Halbuki bu, Aran bölgəsində bir çox problemlərin həllinə səbəb olar. Çay turizmi bu regionda məşğulluğun artması, balıqçılığın inkişafı, eyni zamanda Kürün lildən tutulmaması üçün əla vasitədir”. Mütəxəssis eyni zamanda ada turizminin inkişaf perspektivlərindən və vacibliyindən danışıb. Qeyd edib ki, turizmin istənilən sahəsində uğura nail olmaq üçün böyük layihələrdən daha çox kiçik və orta sahibkarlığın inkişafı daha əlverişlidir.
URL / WWW
http://kelam.az/article/a-5107.html