Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ekspertlər İtaliyada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
01.11.11 19:42

Noyabrın 2-5-i tarixlərində Kadenabiada (İtaliya) Konrad Adenaur Fondunun təşkilatçılığı ilə “Cənubi Qafqaz müstəqilliyinin 20 ilində: çağırışlar və perspektivlər” adlı beynəlxalq konfrans keçiriləcək. Müzakirələrdə iştirak edəcək Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Rəşad Kərimov konfransda “Cənubi Qafqazın inkişafının geosiyasi ssenariləri” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən məlumat verilib. Azərbaycan, Gürcüstan, Ermənistan və müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə keçiriləcək konfransda Cənubi Qafqaz regionunun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, böyük güclərin bu bölgədəki maraqları, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri və regionun inkişaf ssenariləri konfransda müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-5105.html