Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fərhad Abdullayev Rusiyada məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparıb
02.11.11 02:42

Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə bu ölkənin Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya KM-dən veriblər. Konfransda Rusiya prezidenti Dmitri Medvedev də iştirak edib. O, konfransı açaraq Konstitusiya Məhkəməsinin müasir cəmiyyətdəki rolundan, dövlətçiliyin inkişafına töhfəsindən bəhs edib, xarici ölkələrin konstitusiya məhkəmələri arasındakı beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib. Konfransda MDB, Avropa və dünyanın digər ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparıblar. Tədbirin proqramına uyğun olaraq, F.Abdullayev konfransda “Azərbaycan Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsinin praktiki problemləri” mövzusunda çıxış edib. Səfər çərçivəsində F.Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirib, məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparıb.
URL / WWW
http://kelam.az/article/a-5103.html