Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edib
01.11.11 19:42

Prezident İlham Əliyev bu gün Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada görülmüş işlər barədə məlumat verib. Bildirib ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanıb. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülüb. Müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək. Prezident İlham Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış olub. Görülmüş işlərdən razılığını bildirən Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-5101.html