Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Dənizkənarı Milli Parkda yenidənqurma işlərinin gedişi ilə tanış olub
02.11.11 03:42

Prezident İlham Əliyev bu gün Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərlə tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə bu ilin iyununda başlanıb. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunacaq. Altı körpü və bir tunelin də inşa olunacağı şəhərciyin ərazisində müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaq. Prezident İlham Əliyevə parkın ərazisində inşa edilən “Şərq” və “İtaliya” restoranlarının binalarında tikinti işlərinin gedişi barədə də məlumat verilib. Dövlət başçısı sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə maraqlanıb. Prezident daha sonra Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi istiqamətində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verib.
URL / WWW
http://kelam.az/article/a-5100.html