Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Keçid dövrü başa çatdı: gələcəyə baxış” adlı konfrans keçirilib
24.12.09 23:46

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) “Keçid dövrü başa çatdı: gələcəyə baxış” adlı konfrans keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və hökumət nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan YAP Sədrinin müavini Əli Əhmədov Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə prezident İlham Əliyevin Azərbaycanda keçid dövrünün başa çatdığını elan etdiyini bildirib. “Qlobal iqtisadi böhran Azərbaycanın iqtisadiyyatının nə qədər dayanıqlı olduğunu göstərdi. Keçid dövrünün başa çatması həm iqtisadiyyat, həm də həyatın digər sahələrində yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin öz hədəfləri və vəzifələri var”,-deyə Ə.Əhmədov vurğulayıb. YAP funksioneri qeyd edib ki, keçid dövrünün başa çatması Azərbaycanda islahatların əhəmiyyətli keyfiyyət mərhələsinə gəlib çatmasından xəbər verir. “İqtisadiyyatda bazar münasibətləri tam formalaşıb. Digər tərəfdən, keçid dövrünün başa çatması sosial və iqtisadi inkişaf göstəriciləri sırasında əhəmiyyətli yer tutan orta təbəqənin formalaşmasını da özündə ehtiva edir. Azərbaycanda keçid dövrünün başa çatması ölkəmizdə çox əhəmiyyətli bir nailiyyət olan orta təbəqənin formalaşdığını və bu prosesin keyfiyyət mərhələsinə çatdığını sübuta yetirir”,-deyə Ə. Əhmədov əlavə edib. Konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev çıxış edərək keçid dövrünün özəlliklərindən, son illər iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs ediblər.
URL / WWW
http://kelam.az/article/a-510.html