Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Dövlət Mahnı Teatrının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
01.11.11 22:42

Prezident İlham Əliyev bu gün Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunub, qapı-pəncərələr, oturacaqlar yenilənib, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulub. Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılıb. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-5099.html