Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mübarəkin məhkəməsi dekabrın 28-nə qaldı
31.10.11 19:41

Misir məhkəməsi hakimiyyətdən devrilmiş prezident Hüsnü Mübarəkin məhkəməsini dekabrın 28-ə qədər təxirə salıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Mübarək fevral ayında onun hakimiyyətdən getməsilə nəticələnmiş üsyanda iştirak edən 800 adamın qətlində əli olmaqda ittiham edilir. Hüsnü Mübarəkin iki oğlu, keçmiş daxili işlər naziri və təhlükəsizlik qüvvələrinin altı yüksək səviyyəli zabiti də onunla bərabər ittiham olunur. Hakim qərarı oxuduğu zaman onların hamısı Qahirədə məhkəmə zalında olublar. Üsyan zamanı həlak olanların ailə üzvlərinin vəkilləri Mübarəkin işi ilə bağlı üç nəfər hakimdən ibarət olan heyətin yenisi ilə əvəz olunması haqda müraciət edib. Apelyasiya məhkəməsi qərarı dekabrın 26-sı verməlidir.
URL / WWW
http://kelam.az/article/a-5097.html