Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta ixtisas məktəblərinə sənəd qəbulu ilə bağlı dəyişikliklər edilib
01.11.11 02:41

Azərbaycanda 2012/2013-cü tədris ili üçün ümumi orta (9-illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər, o cümlədən, 16 yaşına çatmamış gənclər qəbul kampaniyası zamanı şəxsiyyəti təsdiq edən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Artıq yeni tədris ili üçün sənəd qəbulu zamanı 16 yaşına çatmamış şəxslər doğum haqqında şəhadətnamədən istifadə etməyəcəklər. Sənəd qəbulu zamanı 16 yaşına çatan şəxslər əvvəlki illərdə olduğu kimi şəxsiyyət vəsiqəsini, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsini təqdim edəcəklər. Şəxsiyyət vəsiqəsi olduqda abituriyentlər onun pin-kodunu yazacaq və vəsiqədəki bütün məlumatlar avtomatik olar elektron ərizəyə daxil olacaq.
URL / WWW
http://kelam.az/article/a-5094.html