Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dayanacaqdan kənar saxlayan marşrut avtobusu sürücüləri üçün cəza ağırlaşdırılır
31.10.11 19:41

Azərbaycanda indən belə şəhərdaxili marşrut xətlərində dayanacaqdan kənarda sərnişin mindirib-düşürdən avtobus sürücüləri ciddi cəzalandırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu, hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hazırlanan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliyə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına görə sürücülər 40 manatdan 60 manatadək məbləğdə cərimələnəcəklər. Hazırkı qanunvericiliyə görə, bu qayda pozuntusunu törədən avtobus sürücüləri 20 manatdan 40 manatadək miqdarda cərimə edilirlər. Qanun layihəsi parlamentin növbəti plenar iclasının müzakirəsinə göndərilib.
URL / WWW
http://kelam.az/article/a-5093.html