Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sədaqət Vəliyeva: Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər mütərəqqi xarakter daşıyır
01.11.11 02:41

“Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər mütərəqqi xarakter daşıyır. Fikrimcə, bu yenilik parlament müzakirələri zamanı millət vəkillərinin mütləq əksəriyyəti tərəfindən dəstəklənəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, sənədə təklif olunan məsələlər cəmiyyətdə uzun müddət müzakirə edilib. Onun sözlərinə görə, məhz ictimai müzakirələrin nəticəsi olaraq layihə parlamentin müzakirəsinə çıxarılıb. “Xüsusilə nikah yaşının müəyyənləşdirilməsinə yenidən baxılması zəruridir. Hesab edirəm ki, bunun cəmiyyətimiz üçün böyük faydası olacaq. Eyni zamanda, erkən nikahların qarşısının alınması yönündə atılan addımlar da önəmlidir” - deyə komitə üzvü qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-5092.html