Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın ekspertinin Astana İqtisadi Forumunun saytında elmi məqaləsi dərc edilib
31.10.11 23:41

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlının elmi məqaləsi nüfuzlu Astana İqtisadi Forumunun saytında dərc edilib. SAM-ın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dərc edilən məqalə “Əsas kapitala investisiya qoyuluşu və artım: Qazaxıstanın nümunəsində empirik tədqiqat” adlanır. Məqalədə Qazaxıstanda əsas kapitala investisiya qoyuluşu və iqtisadi artım arasında qarşılıqlı əlaqə göstərilir. Azərbaycanlı tədqiqatçı 1995-2009-cu illərdə Qazaxıstanda əsas kapitala investisiyaların təsirini qiymətləndirmək üçün empirik tədqiqat aparır. Empirik nəticələr Qazaxıstanda iki dəyişən arasında qarşılıqlı əlaqənin olmasını göstərir. Astana İqtisadi Forumu Qazaxıstan prezidenti Nursulatan Nazarbayevin sədrlik etdiyi “Avrasiya alimlərinin iqtisadi klubu” tərəfindən hər il keçirilən mühüm hadisədir. Forumun fəaliyyəti Dünya İqtisadi Forumu, Sankt-Peterburq İqtisadi Forumu, Dünya Bankı, BMT-nin İqtisadi Komissiyası və İslam İnkişaf Bankı tərəfindən dəstəklənir.Forumun saytında, həmçinin İsrael Robert Con Aumann, Robert A.Mandell, Finn Kidland və Edmund S.Felps kimi iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının əsərləri çap edilib.
URL / WWW
http://kelam.az/article/a-5090.html