Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İsveçdə Dünya Azərbaycanlı Qadınların I Qurultayı keçirilib
31.10.11 19:41

İsveçin paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlı Qadınların I Qurultayı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Federasiyası – İsveçin (AFİ) dəstəyi ilə reallaşan qurultayda Azərbaycan, Türkiyə, Finlandiya, Almaniya və İsveçin müxtəlif şəhərlərindən olan ictimai fəal qadınlar iştirak edib. Qurultayın fəxri qonağı və əsas məruzəçisi millət vəkili Qənirə Paşayeva olub. Qurultayda Q.Paşayeva, AFİ sədri Səttar Sevigin, İsveç Türk Gənclik Federasiyasının keçmiş sədri Pınar Mərmər, İsveç Türk Federasiyasının sədri Əhməd Önal, Türkiyədən Gülara Yenisey, İsveçdən Azər Heydərqızı, Eluca Atalı, Əfsanə Sulduzlu, Səadət Kərimi, İlahə Cəfərli və Finlandiyadan Arzu Muradlı məruzə ilə çıxış ediblər. Məruzəçilər Azərbaycan qadının ölkənin ictimai-siyasi həyatında rolu və bu kimi digər məsələlərə aid müxtəlif mövzulardan bəhs ediblər. Sonra qurultayın sənədləri qəbul olunub. Qurultay Ermənistanın Azərbaycana təcavüzünü kəskin qınayan bəyanat qəbul edib. Qurultayın yekunu olaraq Azərbaycan Qadınları Federasiyasının yaradılması istiqamətində işlərə start verilməsinə dair qərar qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-5089.html