Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi qəbul olundu
28.10.11 21:37

Milli Məclisin bu gün keçirilən iclasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə məlumatı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov verib. O, qeyd edib ki, qanun layihəsi 4 fəsil və 27 maddədən ibarətdir və hazırlanmasında AMEA-nın strukturları və alimlər iştirak edib. “Layihədə mədəni bitkilərin genetik ehtiyatlarının vahid Mərkəzi Məlumat Bazası, Milli Proqram, Milli Genbankın və işçi qrupların yaradılması, onların hüquq və vəzifələri, məlumatların mühafizəsi, istifadəsi, mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin dövlət uçotu və qeydiyyatı və s. əksini tapır. Bu gün ermənilər əriyin qədim Ermənistan meyvəsi olması barədə bir neçə ildir konfrans keçirirlər. Biz mili-mədəni bitkilərimizi reyestrə salıb əriyimizə və digər meyvələrimizə sahib çıxmalıyıq”,-deyə E.İbrahimov vurğulayıb. Qanun layihəsində Azərbaycana məxsus mədəni bitki brendlərinin mühafizəsi də daxil edilib. Sənəddə qeyd olunub ki, Azərbaycana məxsus mədəni bitki brendləri Azərbaycan xalqının milli sərvətidir və qanunla qorunur. Bitki brendlərin və onların areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunaraq təsdiq edilir. Azərbaycana məxsus ənənəvi mədəni bitki brendlərinin yayıldığı areallarda başqa növ bitki nümunələrinin əkilməsi qadağan olunur. Məxsusi ənənəvi mədəni bitki brendlərinin becərilməsinə və onların genetik ehtiyatlarının mühafizəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət nəzarəti həyata keçirilir və qaydaların pozulmasına görə qanunvericilikdə məsuliyyət müəyyənləşdirilir. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-5085.html