Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb
28.10.11 21:37

Avropa Şurası Venesiya Komissiyasının müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi deyib ki, bundan əlavə Azərbaycan tərəfinə müəyyən tövsiyələr də olunub: “Avropa Şurası Venesiya Komissiyası təklif edib ki, xarici vətəndaşlar Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olsunlar. Lakin Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayıb”.Ə.Həsənov əsaslandırıb ki, Avropa Birliyi ölkələrində siyasi inteqrasiya tendensiyası mövcud olduğuna görə, Avropa ölkələrində xarici vətəndaşlar siyasi partiyaların üzvü ola, yaxud xarici dövlətə mənsub strukturlar siyasi partiyaları maliyyələşdirə bilər: “Lakin bu Avropa Birliyinə aid tendensiyadır və biz belə hesab edirik ki, bu tendensiyanın Azərbaycanda tətbiqi mümkün deyil”. Şöbə müdiri “Siyasi partiyalar haqqında” qanun layihəsinin müvafiq standartlara uyğunlaşdırılandan sonra parlamentin müzakirəsinə çıxarılacağını bildirib. Onun sözlərinə görə, layihə millət vəkillərinin irad və tövsiyələri nəzərə alınmaqla, rəy üçün yenidən Venesiya Komissiyasına göndəriləcək.
URL / WWW
http://kelam.az/article/a-5084.html