Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ərdoğan: Türk dövlətləri arasında dostluq münasibətlərinin genişlənməsində medianın üzərinə önəmli məsuliyyət düşür
29.10.11 01:37

Türk dövlətləri arasında dostluq münasibətlərinin daha da genişlənməsi, sürətlənməsi və gələcək perspektivlərin axtarılması yönündə medianın üzərinə önəmli məsuliyyət düşür. Bu baxımdan, medianın əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin çox önəmli nəticələri olacağına inanırıq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda öz işinə başlayan Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda deyib. Təbrik məktubunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Murat Karakaya oxuyub.Ərdoğan təbrik məktubunda zəlzələdən əziyyət çəkən Van əyalətinə yardım üçün bir növ, yarışa girən türk dövlətləri rəhbərlərinə, media mənsublarına və xalqlarına ölkəsi adından təşəkkür edib. Baş nazir təbrikində vurğulayıb ki, güclü bir mediaya sahib olan Türkiyə ilə qardaş ölkələr arasında olan bağların media yolu ilə daha da gücləndiriləcəyi düşüncəsi ilə Ankara türkdilli ölkələrin media forumuna ev sahibliyi edib. "Bu foruma göstərilən maraq, forumda paylaşılan dəyərli fikirlər və isti ortam yeni bir toplantı üçün hamımıza cəsarət verib. İkinci foruma ev sahibliyi etdiyi və forumu daha da genişləndirdiyi üçün azərbaycanlı məsləkdaşlarımıza təşəkkür edirik. Dövlətlərimiz və toplumlarımız arasında dünyada bənzəri olmayan bu qardaşlıq və dostluq duyğuları bu forumlar vasitəsi ilə daha da artacaq"- Ərdoğan təbrik məktubunda deyib.
URL / WWW
http://kelam.az/article/a-5082.html