Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev: Türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb
29.10.11 02:36

Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyib. Təbrik məktubunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Türkdilli ölkələrin və toplumların II Media Forumunun keçirilməsi münasibətilə iştirakçıları təbrik edən İlham Əliyev bildirib ki, müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar çərçivəsindəki fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərib."Xalqlarımız arasında münasibətlərin inkişafında rəsmi qurumlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, media orqanlarının, elm və mədəniyyət xadimlərinin rolu xüsusi əhəmiyyətə malikdir. İnteqrasiya meyllərinin getdikcə dərinləşdiyi müasir dünyada mətbuatın, informasiya istehsalı və ötürülməsi ilə məşğul olan digər qurumların lokal və dünya miqyasında cərəyan edən proseslərə təsiri durmadan yüksəlir. Hesab edirəm ki, türkdilli ölkələrin və toplumların informasiya vasitələri dövlətlərimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına, ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə, habelə müasir inkişafın müxtəlif aspektləri barədə dünyada çevik və dolğun məlumatların yayılması işinə böyük töhfələr verə bilər. İnanıram ki, qardaş ölkələrin və xalqların nüfuzlu media qurumlarının jurnalistlərinin iştirak etdiyi bugünkü Forum əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkan və vasitələrin tapılmasına, türkdilli xalqların vahid informasiya məkanının formalaşmasına və əlaqəli fəaliyyətin səmərəli təşkilinə xidmət edir. Forum iştirakçılarını bir daha təbrik edir və toplantının işinə uğurlar arzulayıram"- Azərbaycan Prezidenti təbrik məktubunda qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-5081.html