Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama pul yığmaqda liderlik edir
27.10.11 19:36

Birləşmiş Ştatlar prezidenti Barak Obama ən aşağı reytinqə baxmayaraq, prezident seçkiləri yarışmasında vəsait toplanışına görə liderlik edir. «KƏLAMİNFO» «Kommersant»a istinadən yazır ki, Ağ evin rəhbəri təqribən 90 milyon dollar toplayıb. Bu, respublikaçı-namizədlərin hamısının bütövlükdə əldə etdikləri vəsaitdən çoxdur. Lakin ekspertlər əmindirlər ki, Barak Obama vaxtından əvvəl təntənəsini qeyd etməməlidir - çox vəsait toplanışı həlledici deyil. Amerikanın Seçkilər üzrə Federal Komissiyası namizədlərin sentyabr ayının sonuna qədər topladıqları vəsaitin məbləğini açıqlayıb. Hazırkı prezident qeyd etdiyimiz kimi, 90 mln. dollar toplayıb. Respublikaçıların namizədləri Massaçusetsin sabiq qubernatoru Mitt Romni 32,2 mln., Texas qubernatoru Rik Peri 17,2 mln. və bu yaxınlarda üçlüyə düşməyə müvəffəq olmuş afroamerikalı din xadimi Herman Keyn isə 5,3 mln. dollar toplayıb. Obamanın irəli çıxması və rəqiblərini üstələməsi ekspertləri o qədər də təəccübləndirmir. Məsələn, Kaliforniya universitetinin politologiya üzrə professoru Herri Yakobson hesab edir ki, Ağ ev rəhbərinə üç faktor işləyir. Birincisi, o, fəaliyyətdə olan prezidentdir. İkincisi, o, demokratların yeganə namizədidir. Respublikaçıların isə bir neçə namizədi var. Üçünçüsü, böhrana baxmayaraq, prezidentin tərəfdarları onun qələbə çalması üçün sonuncu qəpiklərini belə ona verməyə hazırdırlar. Yakobsonun sözlərinə görə, Amerikanın Seçkilər üzrə Federal Komissiyası verdiyi rəqəm Obamanın daha bir üstünlüyünü üzə çıxarıb. 2008-ci il prezident seçkiləri yarışmasında Obama rekord dərəcədə kiçik ianələr - ən azı 200 dollar məbləğində vəsaitlər alıb. Bu, toplanan vəsaitin 57 faizini təşkil edib. «Kiçik köçürmələr» sıravi vətəndaşların namizədlərə yaxşı münasibətinin göstəricisi hesab edilir. Hazırkı yığımın məbləğinə nəzər salsaq, hələ ki, Obamaya inam tam azalmayıb. Belə ki, yığılan vəsaitlərin 46 faizi məhz bu “kiçik köçürmələr”dir. Baxmayaraq ki, bu, ötən kampaniyada yığılan vəsaitdən azdır, respublikaçıların vəziyyəti lap pisdir. Mitt Romnidə bu rəqəm 10 faizdir.
URL / WWW
http://kelam.az/article/a-5077.html