Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Tehranda “virtual səfirlik” açacaq
27.10.11 19:36

ABŞ dövlət katibi Hillari Klinton İranda diktatura olduğunu düşündüyünü deyib. Klinton bildirib ki, Birləşmiş Ştatlar iranlıları onların azadlıq istəklərinin tamamilə legitim olduğuna əmin etmək istəyir. «KƏLAMİNFO»nun məlumatına görə, dövlət katibi Amerikanın fars xidməti PNN-nin Parazit proqramı üçün müsahibədə İran xalqına birbaşa müraciət edib. O deyib ki, Birləşmiş Ştatlar bu ilin sonuna qədər Tehranda “virtual səfirlik” açacağına ümid bəsləyir. Dövlət katibinin sözlərinə görə, Amerika iranlılarla münasibətlərin yaxşılaşdırılmasını istəyir və iranlı tələbələri Birləşmiş Ştatlarda təhsil almağa təşviq edir. O bildirib ki, Vaşinqton İranın internet kommunikasiyaları üzərində qoyduğu əngəlləri aradan qaldırmaq üçün iranlılara imkanların verilməsi yollarını axtarır.
URL / WWW
http://kelam.az/article/a-5075.html