Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda qanunvericiliyin Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək
27.10.11 19:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı və Çexiya Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə sabah Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa İttifaqının (Aİ) direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ETSN-nin mətbuat xidmətindən veriblər. Seminar Avropa İttifaqına üzv olan dövlətlərin təcrübələrindən istifadə edilməklə milli və regional siyasi çərçivələrdə Aİ-nin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin həyata keçirilməsinə addım-addım yanaşmaq məqsədi daşıyır. Tədbirdə aidiyyəti dövlət qurumları ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-5072.html