Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Emil Kərimov Bolqarıstanın “BNT” kanalına müsahibə verib
27.10.11 19:36

Ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar Bolqarıstanın “BNT” kanalına müsahibə verib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfir müstəqillik tarixindən danışarkən ilk dövrlərdəki çətin iqtisadi və siyasi vəziyyətdən, əhalinin ağır, acınacaqlı vəziyyətindən, həmin qarışıq dövrlərdə ərazi bütövlüyümüzün ermənilər tərəfindən pozulması və torpaqlarımızın 20%-nin işğal olunmasından bəhs edib. Azərbaycanı çətin vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevin yeritdiyi xarici və daxili siyasət və apardığı islahatlar haqqında da ətraflı məlumat verən səfir sonrakı dövrlərdə Azərbaycanın hərtərəfli inkişafını sübut edən göstəriciləri də diqqətə çatdırıb. Hazırda 140-dan çox ölkə ilə aparılan uğurlu ticari əməkdaşlıqları yüksək qiymətləndirən E.Kərimov Azərbaycanın bu yaxınlarda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini dünya ölkələrinin ölkəmizə olan etibar, ehtiram və marağı ilə əlaqələndirib. Səfir bildirib ki, Azərbaycanın hər zaman olduğu kimi aktiv fəaliyyət göstərərək, ona olan etimadı doğruldacağına əmindir. Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunan səfir bu vəziyyətin təkcə regionda yox, bütün dünyada təhlükə törətdiyini, lakin buna baxmayaraq, ölkəmizin məsələnin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu da qeyd edib. 20 il ərzində Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurları diqqətə çatdıran E.Kərimov aparılan uğurlu siyasət nəticəsində Qafqazda ölkəmizə iqtisadi inkişafı ilə lider ölkə, regionda və dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş kimi baxıldığını da vurğulayıb. Bolqarıstanla Azərbaycan arasındakı ikitərəfli əlaqələrin tarixindən danışan səfir sonda hər iki tərəfin əlaqələrin daha möhkəmlənməsi və uğurla davam etdirilməsində və müxtəlif sahələrdə yeni əməkdaşlıqlara imza atılmasında maraqlı olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-5071.html