Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TürkPA Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
28.10.11 02:36

TürkPA beynəlxalq müşahidəçilər missiyası oktyabrın 30-da Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər. TürkPA missiyası namizədlər üçün yaradılmış şərait, seçki təbliğatı, seçkilərə hazırlıq prosesi ilə tanış olacaq, təbliğatın qadağan olduğu günü müşahidələr aparacaq, seçki günü seçki məntəqələrində, dairə komissiyalarında olacaq, səsvermənin gedişatını izləyəcək və səslərin sayılma prosesində iştirak edəcək. TürkPA missiyası seçkilər prosesini Bişkekdə izləyəcək. Missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Türkiyə millət vəkilləri və TürkPA Katibliyinin əməkdaşları daxildir. TürkPA missiyası səfər çərçivəsində Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının sədri Abdraimov Tuyqunalı və Xarici İşlər Naziri Ruslan Kazakbayevlə görüşəcək. Bundan başqa oktyabrın 31-i tarixində TürkPA beynəlxalq müşahidəçilər missiyası Bişkekdə seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək, yekun rəyi mətbuata, ictimaiyyətin nümayəndələrinə və beynəlxalq təşkilatlara təqdim edəcək.TürkPA müşahidəçiləri öz fəaliyyətini 1 noyabr tarixində başa çatdıracaq. Xatırladaq ki, bu sayca TürkPA-nın 5-ci seçki müşahidəsidir. Bundan öncə TürkPA Azərbaycanda, Qırğızıstanda, və Türkiyədə keçirilmiş parlament seçkilərini və Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə edib.
URL / WWW
http://kelam.az/article/a-5069.html