Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun proqramı açıqlanıb
27.10.11 19:36

Sabah Bakıda keçiriləcək Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun proqramı açıqlanıb. Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə reallaşacaq foruma Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikaları, Ukraynanın Krım Muxtar Vilayəti, Moldovanın Qaqauz Muxtar Ərazisi, Avropada türklərin kompakt məskunlaşdığı bölgələr - İraq, Bolqarıstan, Yunanıstan, Makedoniya, Kosovadan nümayəndələr qatılacaqlar. Məlumatı “KƏLAMİNFO”ya Mətbuat Şurasından veriblər. Forumda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanın dövlət siyasəti və media: türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər” mövzusunda çıxış edəcək. Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər. Forumun ikinci iclasında iki panel mövzu ətrafında müzakirələr aparılacaq. Bunlardan birincisi “Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi” mövzusudur. Digər iclas isə sosial medianın türkdilli xalqlar yaşayan bölgələrdəki vəziyyəti ilə bağlı olacaq. Forumun üçüncü iclası ötən ilin dekabrında Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda yaradılan Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin qarşısında duran vəzifələri müəyyənləşdirəcək.
URL / WWW
http://kelam.az/article/a-5068.html