Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ermənilərin növbəti təxribatının qarşısı alınıb
27.10.11 03:38

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatı olan  “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Şahsuvar Hacızadə Tiflis şəhərində təşkil edilən “Bizim sakitliyə vaxtımız yoxdur” adlı Mədəniyyətlərarası və Dinlərarası  Dialoq Forumunda iştirak edib. Milli Şuradan “KƏLAMİNFO”ya verilən məlumata görə, forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Finlandiya, Macarıstan, İslandiya, Ermənistan, Ukrayna, Rumıniya, Belçika, və Birləşmiş Krallıqdan nümayəndələr iştirak ediblər.
Gənclər Forumunda müxtəlif mədəniyyətləri və dinləri təmsil edən iştirakçılar bir araya gələrək təcrübə mübadiləsi üçün platforma yaratmaq və bu münasibətləri genişləndirməyi qərara alıblar. Forum çərçivəsində gənclər arasında dinlərarası və mədəniyyətlərarası təşəbbüslərinin artırılması vasitəsilə hədəf ölkələrdə milli və beynəlxalq səviyyədə nifrət və bədbəxt hadisələrin aradan qaldırılması, həmçinin bir tolerant mühitin yaradılması, insan hüquqlarının müdafiəsi, anti-diskriminasiya və anti-irqçilik fəaliyyətinə dəstək kimi məsələlər müzakirə edilib, yeni təşəbbüslər irəli sürülüb. Ş.Hacızadə forum iştirakçılarının diqqətinə Xocalı soyqırımı barədə məlumat verib: “Xocalıda öldürülən 613 nəfər insan hüquqlarının pozulması deyilmi?”
Forumda həmçinin hər bir iştirakçı öz mədəniyyəti, kulinariyası, tarixi, ədəbiyyatına aid nümunələrini sərgiləyib. Sərgidə azərbaycanlı gənclər Ermənistan nümayəndələrinin piratçılığını üzə çıxarıb. Ancaq Azərbaycandan aparılan  nümunələrin köməyi ilə əsaslı faktlar ortaya qoyulduqdan və piratçılığı sübut etdikdən sonra təxribat aradan qaldırılıb.
URL / WWW
http://kelam.az/article/a-5066.html