Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafinin öldürülməsi ilə bağlı Haaqa məhkəməsinə müraciət ediləcək
26.10.11 19:38

Liviya lideri Müəmmar Qəddafinin öldürülməsi ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsinə müraciət ediləcək. İddianı Qəddafinin ailəsi qaldırıb. Onların Qəddafinin öldürülməsi faktını hərbi cinayət adlandırıblar. «KƏLAMİNFO»nun məlumatına görə, Qəddafi ailəsinin vəkili Marsel Sessaldi Fransanın «Europe1» radiostansiyasına verdiyi açıqlamada  bildirib ki, onlar hərbi cinayət faktı üzrə iddia qaldıracaqlar. «NATO vertolyotları onun getdiyi kortejə atəş açıblar. Bu kortej mülki əhali üçün bir təhlükə törətmirdi. Bu, Qəddafinin öldürülməsi üzrə NATO-nun planlaşdırdığı bir əməliyyat idi» - deyə vəkil vurğulayıb. Qəddafinin ailəsi, həmçinin keçmiş liderin meyiti üzərində təhqirlərə yol verilməsindən də qəzəblənib.
URL / WWW
http://kelam.az/article/a-5064.html