Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda demoqrafiya və sağlamlıq sorğusu keçirilib
26.10.11 19:38

Səhiyyə Nazirliyi Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS-2011) keçirib. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sorğunun əhatə etdiyi iqtisadi regionlara Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ, Dağlıq Şirvan daxildir. Ümumilikdə isə bu sorğu 9 iqtisadi region üzrə 68 rayonda aparılıb. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib və son seçməyə 7704 ev təsərrüfatı düşüb.
Sorğu respublika üzrə müəyyən olunmuş 10 marşrut üzrə aparılıb. Hər bir marşrut üzrə komandalar əvvəlcədən müəyyən olunmuş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla təmin olunublar. Sorğunun səyyar işləri avqustun 1-dən oktyabrın 24-nə kimi aparılıb.
Statistik təhlilin nəticələri və son hesabat 2012-ci ilin sonuna kimi təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-5061.html