Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Muzey Mərkəzində I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalının rəsmi açılış mərasimi keçirilib
25.12.09 03:44

Bu gün Muzey Mərkəzində I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalınınrəsmi açılış mərasimi keçirilib. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festivala hazırlıq işləri cari ilin fevral ayında başlanıb. Aprel ayının 1-də Gəncə şəhərində bölgənin 14, may ayının 1-də Lənkəranda bölgənin 12, may ayının 15-də Şəkidə bölgənin 12, may ayının 30-da Xaçmazda bölgənin 8 rayonun, sentyabr ayının 24-də Sumqayıtda Sumqayıt və Abşeron rayonunun, noyabr ayının 3-də Bakı şəhərinin xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət regional sərgilər keçirilib. Hazırkı sərgi isə Festivalın Yekun sərgisidir. Bu sərgidə artıq regional mərkəzlərdə keçirilmiş sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. Respublikanın bütün şəhər və rayonlarını əhatə edən Festivalın bağlanışından sonra yekun sərgidə nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaq.
URL / WWW
http://kelam.az/article/a-506.html