Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fizuli Ələkbərov: “Layiqli əməyin təminatı üzrə” ikinci Dövlət Proqramı hazırlanır
27.10.11 03:35

“Layiqli əməyin təminatı üzrə” ikinci Dövlət Proqramı hazırlanma mərhələsindədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov deyib.
Qeyd edək ki, 2007-2010-cu illəri əhatə edən birinci dövlət proqramı artıq yekunlaşıb. Nazir qeyd edib ki, hər bir çalışan insanın əməkhaqqı onun bütün ehtiyaclarını ödəməli, əmək hüquqları qorunmalı və karyera imkanları təmin olunmalıdır.
F.Ələkbərovun sözlərinə görə, dövlət proqramının birinci mərhələsində əsasən əmək qanunvericiliyinə dəyişikliklər edilib: “Hazırda isə əmək standartları, peşə standartları işlənib hazırlanır. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələri üzrə minimum əməkhaqqının tətbiqi haqqında düşünürük. İşəgötürənlərlə daha sıx əlaqə yaradaraq təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində böyük işlər görülüb, amma hesab edirik ki, perspektivdə daha geniş tədbirlərə ehtiyac var”.
URL / WWW
http://kelam.az/article/a-5058.html