Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik edib
27.10.11 03:35

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki qələbəsi ilə bağlı Amerikanın mövqeyini ifadə edib. “KƏLAMİNFO” xəbər verir ki, diplomat bildirib ki, biz, Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı təbrik edirik. Birləşmiş Ştatlar BMT nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, Şuranın səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycanla yaxından işləyəcəyinə ümid edir. Xatırladaq ki, Azərbaycan oktyabrın 24-də Nyu-Yorkda BMT Baş Məclisinin iclasında gizli səsvermə yolu ilə 155 üzv dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasının iki illik qeyri-daimi üzvü seçilib. Şura beynəlxalq sülh və sabitliyə dair qəbul edilən qərarlarda veto hüququna malik beş daimi üzv- ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniya və iki illik müddətə seçilən on qeyri-daimi üzvdən ibarətdir. Qurumun qaydalarına görə, Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətləri hər ay əlifba sırası ilə bir üzv dövlət tərəfindən həyata keçirilir. BMT nizamnaməsinə əsasən, BMT-nin digər tərkib qurumlarının qərarları tövsiyə xarakteri daşıdığı halda, Təhlükəsizlik Şurasının qətnamələrinə üzv dövlətlər tərəfindən mütləq şəkildə əməl edilməlidir.
URL / WWW
http://kelam.az/article/a-5057.html