Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəb tələbələrinin təhsil haqlarında ciddi artım olmayıb
23.12.09 01:13

Ödənişli əsaslarla oxuyan ali məktəb tələbələrinin təhsil haqlarında ciddi artım olmayıb və yaxın gələcəkdə də gözlənilmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, təkcə BDU-da özəl ali məktəblərlə müqayisədə ödəniş haqqı olduqca aşağıdır. A.Məhərrəmov BDU-da ödənilən təhsil haqqının əsas hissəsinin də tədris prosesinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldiyini söyləyib. Təhsil haqqında artımın çox cüzi olduğunu diqqətə çatdıran A.Məhərrəmov bunun da əsasən ali məktəbə avadanlıqların gətirilməsinə və digər tədris xərclərinə sərf olunduğunu bildirib. “Universitetdə nə qədər maddi-texniki baza güclü olsa, təhsilin keyfiyyəti də bir o qədər yüksək olar”,-deyə A.Məhərrəmov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-505.html