Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Əziz PÜNHAN. QƏZƏL
26.10.11 14:53

Dünyaya verən zinəti, nemətdi məhəbbət,
Dünyadakı nemətlərə zinətdi məhəbbət.

İnsanda qərar verdi, onu zövq ilə Allah,
İnsanla gələn dəhrə, əmanətdi məhəbbət.

Allahdı əvvəlcə məhəbbət, odu Baqi,
Çün xəlq eləyən aləmi, qüdrətdi məhəbbət.


 
On dörd nəfərə qəlbimizin sidqi tükənməz,
Bifasilə məsumlara hörmətdi məhəbbət.

"Hubbul vətəni"n şöhrəti dillərdədi çünki,
Xalqa, vətənə ülvi sədaqətdi məhəbbət.

Bir valideyn sevgisi var ölçüyə gəlməz,
Kim qədrini bilsə ona Cənnətdi məhəbbət.

Qaldı o məhəbbət ki, onu duymasan olmaz,
Sevdalı olan şəxsə fəzilətdi məhəbbət.

Məcnun idi ki, dəştidə sərgəştə gəzibdir,
Xəlvətnişin aşiqlərə, fürsətdi məhəbbət.

Leylaya nə lazımdı ola aşiqi-bihuş,
Məşuqəyə hüşyar ilə, niyyətdi məhəbbət.

Eşq əhli gərək kam ala sevda çiçəyindən,
Dünyada vüsaldır, nə ki, həsrətdi məhəbbət.

Sən sev eləyər gənc Züleyxaları sevda,
Səbr ilə dözən Yusifə, qismətdi məhəbbət.

Bu sözdü Əziz Pünhanı dünyada tutan güc,
Eşq əhlinə çünki əbədiyyətdi məhəbbət.
URL / WWW
http://kelam.az/article/a-5042.html