Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə rəsmi səfərinin proqramı açıqlanıb
23.12.09 03:13

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ankaraya rəsmi səfəri ilə bağlı açıqlama yayıb. KƏLAMİNFO xəbər verir ki, açıqlamada E.Məmmədyarovun dekabrın 25-26-da Türkiyədə rəsmi səfərdə olacağı bildirilir. Məlumatda E.Məmmədyarovun səfər zamanı həmkarı Əhməd Davudoğlu ilə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirəcəyi vurğulanıb. E.Məmmədyarovun Türkiyə prezidenti Abdulla Gül, Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin və baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi qeyd olunub. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsi, hər iki ölkəni maraqlandıran regional problemlər haqında fikir mübadiləsi aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-504.html