Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » A.Məhərrəmov: “Elmin inkişafı üçün ilk növbədə maliyyə imkanlarını artırmaq lazımdır”
23.12.09 03:11

Elmin inkişafı üzrə strategiyanı müəyyənləşdirmək üçün çoxfunksiyalı fəaliyyət lazımdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib. Elmin inkişafı üçün ilk növbədə maliyyə imkanlarını artırmağın lazım olduğunu söyləyən A.Məhərrəmov dövlət tərəfindən bu sahəyə vəsaitin ayrıldığını qeyd edib. O, qeyd edib ki, cari ildə ölkə başçısının göstərişinə uyğun olaraq bu islahatları həyata keçirmək üçün 17 mln. manat vəsait ayrılıb. A.Məhərrəmov bunun 10 milyonunun cihazların alınması, 7 milyonunun isə elmin inkişafı istiqamətində Dövlət Proqramlarının həyata keçirilməsinə ayrıldığını söyləyib. O, bu məbləğin bir qisminin xərclənsə də, digər bir qisminin hələ də istifadə olunmadığını vurğulayıb. “Amma mən hesab edirəm ki, 2010-cu ildə ayrılan bu vəsaitlərin hamısı xərclənməlidir. Əgər xərclənməsə, biz inkişaf edə bilmərik. İslahatları həyata keçirmək üçün bu maliyyə vəsaitindən səmərəli istifadə etmək lazımdır”,-deyə A.Məhərrəmov söyləyib.
URL / WWW
http://kelam.az/article/a-503.html