Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azad Rəhimov: Son illər gənclər təşkilatları ölkəmizin milli maraqlarının qorunması istiqamətində fəal iş görür
25.10.11 19:59

Azərbaycan Gənclərinin 5-ci Forumundan ötən dövr ərzində gənclər təşkilatlarının 294 layihəsi dövlət büdcəsi hesabına maliyyələşib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Gənclərinin 6-cı Forumunda gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimov bildirib ki, bununla yanaşı Avropa Gənclər Fondu tərəfindən isə 42 layihə maliyyələşib. A.Rəhimov deyib ki, 2009-2010-cu illərdə Azərbaycan Avropa Gənclər Fondundan ən çox qrant əldə etmiş ölkə olub. Onun sözlərinə görə, bu gənclərin ictimai həyatda kifayət qədər fəal olduqlarını bir daha təsdiq edir. Nazir bildirib ki, ötən forumdan sonra 40 gənclər təşkilatı dövlət tərəfindən qeydiyyata alınıb. “2008-2011-ci illər ərzində Azərbaycanın gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul olunublar. Son illər Azərbaycan gəncləri ölkənin hüdudlarından kənarda təşkilatlanaraq ölkəmizin mili maraqlarının qorunması, xalqımızın tarixini və zəngin milli mədəni irsini beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində fəal iştirak edir”-deyə A.Rəhimov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5026.html