Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həmsədrlər: Tərəflər arasında inam artırılmalıdır
25.10.11 19:59

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın sonunda münaqişə tərəfləri arasında gələcək görüşlərin keçirilməsinə zəmin yaratmaq üçün regiona səfər edəcəklər. Bu barədə həmsədrlərin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov və səfir Anjey Kasprşik oktyabrın 21-24-də Yerevan, Dağlıq Qarabağ və Bakıya səfər ediblər Onlar səfərləri müddətində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla, o cümlədən qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşüblər. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bəyanatda deyilir ki, tərəflərin danışıqların inkişaf etdirilməsi atmosferini, inamı artırmaq və sülhə nail olmaq üçün atəşkəslə bağlı vəziyyəti tənzimləməyə ehtiyac var. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə dair bir sıra təkliflər irəli sürüblər. Bəyanatda o da bildirilir ki, tərəflər təmas xətti boyunca insidentlərin araşdırılmasına dair layihə ilə bağlı razılıqlarını bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-5024.html