Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elnur Aslanov: “Azərbaycan artıq qlobal müstəvidə öz sözünü deyən dövlətdir”
25.10.11 19:59

“Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyasının uğurudur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Respublika Gənclərinin 4-cü Forumunda deyib. Şöbə müdirinin sözlərinə əsasən, bu hadisə ölkə başçısı İlham Əliyevin diplomatik səylərinin uğurla nəticələnməsinin bariz nümunəsidir. “Azərbaycan artıq bölgədə lider, qlobal müstəvidə öz sözünü deyən dövlətdir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təmsil olunması ölkəmizin haqq səsinin dünya birliyinə çatdırılması, Dağlıq Qarabağ məsələsi və digər mühüm məsələlərin qaldırılmasında bizə məkan və zəmin yaradacaq” - deyə o, diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-5023.html