Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib
26.10.11 02:38

Azərbaycan BMT-yə üzv olan ölkələrin 155-nin səsini toplayaraq iki illiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. “KƏLAMİNFO” xəbər verir ki, daha öncə Azərbaycanın bu səsvermədəki rəqibi Sloveniya öz namizədliyini geri götürüb.
Bazar ertəsi BMT Baş Assambleyasında Şərqi Avropa qrupundan Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilər davam edib. Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürmüşdü.
Ötən cümə günü keçirilən seçkilərin ilk günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Azərbaycan və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu isə nəticəsiz qalmışdı.
URL / WWW
http://kelam.az/article/a-5019.html