Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü bu gün həll olunacaq
24.10.11 19:53

Bu gün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü məsələsi həll olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, BMT TŞ-də Şərqi Avropanı təmsil edəcək ölkənin adı hələ də müəyyənləşməyib. Bu yer uğrunda mübarizə Azərbaycan və Sloveniya arasında gedir. Qeyd edək ki, digər iddiaçı Macarıstan səsvermənin ilk raundundan sonra üç ölkə arasında ən az səs toplamaqla mübarizəni dayandırıb. BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün coğrafi prinsiplə seçilən 5 qeyri-daimi üzvünün 4-nün adı məlumdur. Bunlar Pakistan, Mərakeş, Qvatemala və Toqodur. Yeni seçilən ölkələr 2012-ci ilin yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.
URL / WWW
http://kelam.az/article/a-5013.html