Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “İran ABŞ-Azərbaycan əməkdaşlığının qarşısını almaq gücündə deyil”
24.10.11 19:53

“Bu yaxınlarda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin növbəti üçlü görüşü əsasən İran üçün gərəklidir. Tehrana bu kimi görüşlər sanksiya blokadasını yarmaq baxımından vacibdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyir ki, Tehran bölgədə nə Türkiyənin rolunun və gücünün artmasında, nə də Azərbaycanın Qərblə əməkdaşlığında maraqlıdır. “İranın xarici işlər naziri bu günlərdə Qazaxıstana səfəri zamanı üçüncü ölkələrin Xəzərdə hərbi mövcudluğuna imkan verilməməsi vacibliyini söyləmişdi. Aydındır ki, iranlı nazir Azərbaycanı nəzərdə tutub. Çünki Xəzəryanı ölkələrdən yalnız Azərbaycan bu istiqamətdə ABŞ-la əməkdaşlıq edir. ABŞ Azərbaycana katerlər və radarlar verir. Bu əməkdaşlıq da İran hakimiyyətini qıcıqlandırır” - deyə E.Şahinoğlu vurğulayıb. Ancaq Tehran nə bu əməkdaşlığın, nə də ki “Nabucco” və “Transxəzər” kimi layihələrin qarşısını almaq gücündədir.
URL / WWW
http://kelam.az/article/a-5012.html