Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İqbal Ağazadə: “Bizim İctimai Palataya qoşulmaq fikrimiz yoxdur”
24.10.11 19:53

“Bu gün Azərbaycanda müxalifət çox zəifdir və bunu aradan qaldırmaq üçün güclərini birləşdirməlidirlər. Amma təəssüf ki, bu, hamısında alınmır”. Bu barədə “KƏLAMİNFO”ya Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. Onun fikrincə, ilk növbədə müxalifətin ümumi zəifliyi aradan qaldırmalıdırlar. “Azərbaycan müxalifətinin birləşməsi üçün bu gün sosial sifarişdən öncə müxalifətin özünün sifarişi olmalıdır. Bu gün bir neçə müxalif partiya İctimai Palatada fəaliyyət göstərir və biz də daxil olmaqla digər 5 siyasi partiya isə hazırda birlik modeli axtarmaq istiqamətində danışıqlar aparır. Lakin rəhbərlik etdiyim partiyanın da təmsil olunduğu bu “beşlik”dəki heç bir partiyanın İctimai Palataya qoşulmaq fikri yoxdur” - deyə İ.Ağazadə vurğulayıb. Azərbaycan müxalifətində formalaşmış iki cəbhənin bir-birinə yaxınlaşmasının mümkün olmamasına toxunan İ.Ağazadə deyir ki, bu cəbhələrdə yaxınlaşma əldə etmək olduqca çətin məsələdir. “Bəzi məqamlarda münasibətlər o qədər kəskinləşib ki, bu münasibətlər çərçivəsində yeni konfiqurasiya yaratmaq mümkün deyil. Yaxınlaşmanın baş verməsi üçün həm zaman, həm də proseslərin bir az fərqli istiqamətdə inkişaf etməsinə şərait yaratmaq lazımdır” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5011.html