Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov illik yekuna dair hesabat verdi
18.12.09 21:00

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının (YAP) iqamətgahında ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirdi. O, cari ildə azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə bir sıra tədbirlərin həyta keçirldiyini söylədi. Komitə sədri diasporanın artıq müasir iş üslubları ilə çalışmağa başladığını bildirdi: “Xəritədə olan bütün ölkələrdə Azərbaycan diasporası geniş təsir imkanlarına malikdir. Qısa şəkildə demək istəyirəm ki, Azərbaycan diasporasının işi artıq praktiki müstəviyə keçib”. Azərbaycanın regionda önəmli bir dövlət kimi dünyanın maraq dairəsində olduğunu söyləyən N.İbrahimov respublikamızın enerji mənbəyinə, tranzit ölkəyə çevrilməsi, Qafqaz regionunda, ümumiyyətilə Şərqdə yer tutmasında diasporanın da xüsusi rolu olduğunu vurğuladı. “Biz dövlət kimi hər yerdə olmasaq da diasporamız hər yerdə fəaliyyət göstərir”, - deyə o bildirdi. İl ərzində diasporanın gördüyü işlərə nəzər salan N.İbrahimov komitənin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində, Gürcüstan, Dağıstan və digər xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı məsələlərin həllində, Azərbaycanla bağlı olan bir sıra beynəlxalq konfranslarda və digər işlərdə fəaliyyətini xüsusi qeyd etdi. N.İbrahimovun fikrincə, Dağlıq Qarabağ münaqişəsinə dair "Euronews” telekanalının birtərəfli reportajı, ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminin mailyyələşdirilməsinə dair son qərarı kimi hallarda Azərbaycana qarşı ikili standartlar yeridilir. "Bu bizi məcbur edir ki, gələcək illərdə ikiqat səylə işləyək. Erməni lobbisi isə əfsanədir",-deyə sədr bildirib. Komitə sədrinin sözlərinə görə, bütün ictimai institutlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu diasporumuzun müsbət işinin nəticəsidir.
URL / WWW
http://kelam.az/article/a-501.html