Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan daxil olan internet-trafikin sürətinə görə 107-ci yeri tutub
24.10.11 19:53

Son bir ayda Azərbaycan internet-trafikin sürətinə görə 107-ci yeri tutub. Bu, “Speedtest” şəbəkəsini yaradan “Ookla” şirkətinin “NetIndex” reytinqində göstərilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Taxnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Nəticələr sentyabrın 21-dən oktyabrın 20-nə qədər aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 156 513 unikal IP ünvan seçilib. “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,79 Mbit/s təşkil edir. Bakı üzrə bu göstərici 2,84 Mbit/s, Sumqayıt şəhəri üzrə isə 2,31 Mbit/s-dir.Reytinqdə Azərbaycanın 20 internet-provayderləri və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 7,15 Mbit/s olub. Azərbaycan çıxan trafikin reytinqinə görə 113-cü yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,94 Mbit/s sürəti ilə qoşulurlar. Bakı üzrə bu göstərici 0,94 Mbit/s, Sumqayıt üzrə isə 0,70 Mbit/s təşkil edir. Çıxan trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət-provayderlərinin və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 3,41 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində AzEduNet), minimal sürət isə 0,50 Mbit/s (Azerbaijan Data Network) qeydə alınıb.
URL / WWW
http://kelam.az/article/a-5009.html