Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-yə müraciətlərin çoxu pensiyalarla bağlı olub
24.10.11 19:53

Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun müasir tipli “190” nömrəli telefon məlumat xidmətinə (“Call-center”) əhali tərəfindən ümumilikdə 102 278 müraciət daxil olub. Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 48,2 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 51,8 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib. Cari ilin 9 ayında “190” nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 61,1 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 14,7 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib.Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,2 faizi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub. Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici, sığorta-pensiya sistemindəki yeni islahatlarla bağlı ümumi məlumatların alınması xarakteri daşıyıb.
URL / WWW
http://kelam.az/article/a-5008.html