Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafi ölümünə üç gün qalmış vəsiyyətnamə yazıb
24.10.11 19:53

Müəmmar Qəddafinin ölümünə üç gün qalmış vəsiyyətnamə yazdığı bəlli olub. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, ərəb dilində olan sənəd «Seven Day News» saytında əks olunub. Polkovnik vəsiyyətnaməsində qohumlarından xahiş edib ki, onu Şiirt şəhərində ailəsi və qohumları ilə birlikdə dəfn etsinlər. Özü də o, öldürülən zaman olacağı paltarda basdırılmasını istəyib. Qəddafi sonra yazır: «Mən tərəfdarlarıma istənilən işğalçıya qarşı müqaviməti hər zaman davam etdirməyə çağırıram». Liviyada qalıb, başqa yerə qaçmayacağını, öləcəyini anlatmağa çalışan Qəddafi bunları əlavə edib: «Əgər biz indi qalib gəlməsək belə, gələcək nəsillərə nümunə olacağıq. Biz göstərəcəyik ki, ölkənin qorunması bir şərəf məsələsidir, onu satılması isə ən böyük satqınlıqdır». Qəddafi vəsiyyətnaməsində, həmçinin Liviya xalqını onun ailə üzvlərini və uşaqlarını qorumağa çağırıb.
URL / WWW
http://kelam.az/article/a-5006.html