Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Sarkisyan Moskvada forpost kimi danışdı
24.10.11 19:53

«Ermənistan bütün dövlətlərlə, o cümlədən geopolitik, eləcə də regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmağa can atır». «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan MDU-nun tələbə, professor-müəllim heyəti ilə görüşdə Ermənistanın qloballaşan dünyadakı yeri barədə sualı cavablandırarkən bildirib. «Ermənistan dünya proseslərinə cəlb olunma siyasəti həyata keçirir. AB-nin «Şərq tərəfdaşlığı» proqramında aktiv iştirak edir. Biz onu köklü dəyişiklər həyata keçirmək üçün ən yaxşı imkan hesab edirik. Bunun məqsədi ən yaxşı Ermənistan qurmaqdır. Ermənistan xarici siyasətində xüsusi diqqəti Rusiya ilə münasibətlərə yönəldir. İkitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır». Ermənistan prezidenti daha sonra diqqəti Rusiya ilə imzalanmış hərbi baza haqqında müqaviləyə yönəldib: «Biz müttəfiqik. KTMT üzrə müttəfiqik və bununla hər şey deyilir. Biz müasir ölkə olmaq istəyirik. Elə bil ölkə ki, orada demokratiya, təhlükəsizlik, sosial-iqtisadi problemlər həllini tapsın. Biz qonşularla, eləcə də digər dövlətlərlə problemləri olmayan ölkə olmaq istəyirik».
URL / WWW
http://kelam.az/article/a-5004.html